Əli Əsədov TANAP-ın ofisində oldu - FOTOLAR

Əli Əsədov TANAP-ın ofisində oldu - FOTOLAR

Baş nazir Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti Trans Anadolu Qaz Kəməri- TANAP-ın Ankaradakı ofisində olub. Bu barədə SİA-ya Nazirlər Kabinetindən məlumat verilib.

Məlumata görə, TANAP-ın Baş direktoru Saltuk Düzyol layihənin fəaliyyəti haqqında təqdimatla çıxış edib. Ə.Əsədov layihənin Azərbaycan və Türkiyə prezidentlərinin iradəsinin nəticəsində başa gəldiyini, hər iki ölkə üçün əhəmiyyətini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə