Azərbaycan neftinin qiyməti 62 dolları ötüb

Azərbaycan neftinin qiyməti 62 dolları ötüb

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 10-da 62,3 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,61 dollar/barel çoxdur. Bu barədə SİA birjalara istinadən xəbər verir.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 61,69 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,62 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 59,38 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,63 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 61,24 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,64 dollar/barel çoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə