Azərbaycan və Türkiyə kosmik sahədə əməkdaşlıq edəcək

Azərbaycan və Türkiyə kosmik sahədə əməkdaşlıq edəcək

Azərbaycan və Türkiyə kosmik sahədə əməkdaşlıq edəcək. SİA-nın məlumatına görə, bunu Türkiyənin Sənaye və Texnologiya naziri Mustafa Varank çərşənbə günü baş tutan “Anadolu” xəbər agentliyi redaktorlarının dəyirmi masası çərçivəsində deyib.

Nazirin sözlərinə görə, Azərbaycan və Türkiyə arasında kosmik sahədə əməkdaşlıq haqqında razılıq artıq əldə olunub. Bundan başqa, Mustafa Varank Türkiyənin Pakistanla da, bu sahədə əməkdaşlıq edəcəyinə dair məlumat verib.

O, hər iki ölkəylə kosmik sahədə ikitərəfli əməkdaşlıq haqqında sazişin yaxın zamanda imzalanacağını vurğulayıb.

Qeyd edək ki, 9 Fevral Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan ictimaiyyətə Milli kosmik programını təqdim edib. Ərdoğan, yeni Milli kosmik proqramının öz ölkəsini qlobal texnologiyalar inkişafı sahəsində ən yüksək zirvəyə aparacağına və kosmik iqtisadiyyatda yeni üfüqlər açaçağına ümidvar olduğunu bildirib

Bütün xəbərlər Facebook səhifəmizdə