“İtaliya ilk gündən Cənub Qaz Dəhlizi layihəsinin icrasını real görüb" DEPUTAT ŞƏRH ETDİ

“İtaliya ilk gündən Cənub Qaz Dəhlizi layihəsinin icrasını real görüb" DEPUTAT ŞƏRH ETDİ

“Cənub Qaz Dəhlizi qitələri birləşdirən meqa layihədir. Bir vaxtlar bu layihənin reallaşması çoxlu ölkələr üçün yuxu kimi görünürdü. Amma Azərbaycan Prezidentinin siyasi iradəsi bu layihəinin reallaşmasına gətirib çıxarıb”. Bunu SİA-ya millət vəkili Azər Badamov deyib.

Onun sözlərinə görə, vaxtilə Cənub Qaz Dəhlizi layihəsi bəzi ölkələr üçün səmərəsiz kimi görünürdüsə, sonradan bu layihədə iştirak etmək istəyənlərin sayı çoxalıb: “İtaliya ilk gündən Cənub Qaz Dəhlizi layihəsinin icrasını real görüb və bu layihənin icrasında yaxından iştirak edərək Azərbaycanla həmrəy olub. 2020-ci ilin dekabrın sonunda açılışı olmuş TAP layihəsi Cənub Qaz Dəhlizinin başa çatması deməkdir. Məhz TAP-ın başa çatması Xəzərdə istehsal olunan təbii qazı İtaliyaya çatdırıb. İtaliya nəinki Cənub Qaz Dəhlizin inşasında, həm də bütün beynəlxalq siyasi arenalarda Azərbaycanın yanında olub, o cümlədən 44 günlük Vətən müharibəsində ölkəmizi dəstəkləyib, media qurumlarında ölkəmizin haqq işini ədalətli işıqlandırıb. Bu gün İtaliya şirkətləri ölkəmizin iqtisadiyyatına milyardlarla avro investisiya yatırır, qarşılıqlı fayda əsasında ölkəmizin sənaye potensialımızın inkişafında yaxından iştirak edir. O cümlədən, qeyri-neft məhsullarımız İtaliya bazarlarına daxil olmaqla Avropa İttifaqı bazarlarına çıxarılması üçün yol açıb. Qeyd etmək istəyirəm ki, prezidentlərimizin şəxsi dostluq münasibətləri üzərində qurulmuş İtaliya-Azərbaycan arasında strateji əməkdaşlıq əlaqələri günü-gündən inmkişaf edir və möhkəmlənir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə