Dolların çöküşü proqnozlaşdırılır

Amerikalı iqtisadçı Stiven Rouç 2021-ci ilin sonuna qədər dolların ciddi şəkildə enəcəyini ehtimal edir. SİA bu barədə “Bloomberg”ə istinad edərək bildirir ki, amerikalı iqtisadçı ən pis ssenaridə dolların 35 faizə qədər ucuzlaşa biləcəyini də istisna etməyib.

ABŞ-ın ödəmə balansındakı hazırkı kəsir artımının valyutaya təsir etdiyini əsas kimi göstərən Rouç, bundan əlavə, Avropa valyutasının möhkəmlənməsini də dolların ucuzlamasına təsir edəcəyini istisna etməyib. Onun fikrincə, dollar koronavirus pandemiyası və iqtisadi təsir tərəfindən hələ ki, təzyiq altındadır. İqtisadçıya görə, hazırkı şəraitdə mövcud şərtlər ABŞ rəhbərliyini başqa bir iqtisadi yardım paketi hazırlamağa məcbur edir. Amerikada qənaətin mövcud olmadığını bildirən Rouç, bu qərarın hər hansı bir iqtisadiyyat üçün təsiri olacağını istisna etmir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...