Ermənistanda pərakəndə ticarət dövriyyəsi 17%-ə yaxın azalıb

Ermənistanda cari qiymətlərlə və Mərkəzi Bankın hesabladığı erməni dramının ABŞ dollarına nisbətində orta məzənnəsi ilə pərakəndə satış dövriyyəsi 2020-ci ilin yanvar-noyabr aylarında 2 milyard 409,4 ABŞ dolları təşkil etmişdir. SİA Avrasiya İqtisadi Komissiyasının (AEC) saytına istinadən xəbər verir ki, bu, keçən ilin eyni dövrü ilə müqayisədə 16,6% azalma deməkdir.

AEC-nin məlumatına görə, Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinin ümumi pərakəndə ticarət dövriyyəsi ötən ilin 11 ayında 468 milyard 306,4 milyon ABŞ dolları təşkil edib və 2019-cu ilin eyni dövrü ilə müqayisədə 4,1% azalıb.

Eyni zamanda, 2020-ci ilin yanvarından noyabr ayınadək Belarusiyada pərakəndə ticarət dövriyyəsi 19 milyard 562,2 milyon ABŞ dolları (cari qiymətlərlə və milli valyutanın ABŞ dollarına nisbətdə orta məzənnəsi ilə) təşkil edib və keçən ilin eyni dövrü ilə müqayisədə 2% artıb.

Qazaxıstan, Qırğızıstan və Rusiyada pərakəndə ticarət dövriyyəsinin həcmi cari qiymətlərlə və mərkəzi banklar tərəfindən hesablanan milli valyutaların ABŞ dollarına nisbətdə orta məzənnəsi ilə hesablanıb.

Beləliklə, Qazaxıstanda, 2020-ci ilin 11 ayında 24 milyard 504,1 milyon ABŞ dolları təşkil edib və 5% azalıb.

Qırğızıstanda bu göstəricilər müvafiq olaraq 3 milyard 609,6 milyon ABŞ dolları təşkil edib və 17,4% azalıb.

Rusiyada isə 418 milyard 221,1 milyon ABŞ dolları təşkil edib və 4,1% azalıb.

Elçin

Bütün xəbərlər Facebook səhifəmizdə