Növbəti hərrac fevralın 16-da keçiriləcək ANONS

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən növbəti hərrac 16 fevral tarixində təşkil ediləcək. SİA İqtisadiyyat Nazirliyinin economy.gov.az saytında yayımlanan məlumata istinadən xəbər verir ki, hərraca 27 dövlət əmlakı (kiçik dövlət müəssisə və obyekti) çıxarılacaq.
Məlumatda qeyd olunur ki, özəlləşdirməyə çıxarılan dövlət əmlakının tam siyahısı ilə burada tanış ola bilərsiniz:
(https://bit.ly/3nTAH1B, https://bit.ly/39JvbJF, https://bit.ly/38UINCO )
Həmçinin qeyd olunur ki, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təşkil edilən hərraclarda hər kəsin sərbəst iştirakı təmin edilir. İştirak etmək istəyən şəxslərin seçdikləri dövlət əmlakı üzrə elektron sifariş verməklə yanaşı, hərraclara onlayn qoşulmaq imkanı da yaradılıb. Prosesə marağı olanlar hərrac günü həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də elektron resurslardan istifadə etməklə hərracları qeydiyyatsız formada izləyə də bilərlər.
Bildirilir ki, keçirilən hərraclarda iştirak etmək istəyən şəxslər Xidmətin rəsmi saytına (emlak.gov.az) və ya Özəlləşdirmə portalına (privatization.az) daxil ola, seçim etməklə qeydiyyatdan keçə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10%-i məbləğində behi ödəyib sifarişçi statusu ala bilərlər. Hərrac günü hər kəs Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək özəlləşdirməyə qoşula bilər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə