Manatın xarici valyutalara qarşı məzənnəsi

Azərbaycan Mərkəzi Bankı 18 yanvar tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb. Mərkəzi Bankdan SİA-ya verilən məlumata görə, yanvarın 18-də olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1.7000 manat təşkil edir.

Manata nəzərən avronun məzənnəsi 2.0516 manat təşkil edir. 1 türk lirəsi 0.2276 manat, 1 rus rublu 0.0231, 100 İran rialı 0.0040 manat, 1 gürcü larisi 0.5161 manatdır.

Bütün xəbərlər Facebook səhifəmizdə