Fitch Ratings: \"Azərbaycanın reytinqini \"sabit\"dən \"müsbət\"ə dəyişib\"

Fitch Ratings: \"Azərbaycanın reytinqini \"sabit\"dən \"müsbət\"ə dəyişib\"

\"Fitch Ratings\" beynəlxalq reytinq agentliyi Azərbaycanın xarici və yerli valyutada qiymətli kağızlar reytinqinin \"sabit\"dən \"müsbət\"ə dəyişdiyini bildirib. SİA-nın xəbərinə görə, agentlik həmçinin xarici valyutada qısamüddətli EDR-i \"F3\" və ölkə üzrə üst hədd reytinqini \"BBB-\" kimi təsdiq edib: "Ümumilikdə enerji daşıyıcılarından gələn planlaşdırılmayan gəlirlərin ağıllı xərclənməsi Azərbaycanın dövlət və xarici maliyyəsini möhkəmləndirir və suveren reytinqə kömək edir", - deyə suveren reytinqlər üzrə analitik qrupun direktoru Çarlz Sevil qeyd edir. Reytinq bu güclənən müsbət kredit qabiliyyəti amilləri ilə yanaşı struktur nöqsanlarını, xammal sektorundan yüksək asılılığı, iqtisadiyyatın diversifikasiyasındakı çətinliyi, siyasi riskləri nəzərə alır. "Müsbət" proqnoz o deməkdir ki, Fitch suveren balansın yaxşılaşmasını gözləyir.

Azərbaycan Dövlət Neft Fondunun aktivləri 2010-cu ilin sonu üçün 7,9 mlrd dollar artaraq 22,8 mlrd. (ÜDM-in 44 faizi) olub, 2011-ci ilin I rübündə 3 mlrd dollar artıb. Dövlətin xalis xarici aktivləri, AMB-nin ehtiyatları da daxil ÜDM-in 49 faizə çatıb. Bu, Qazaxıstanın (\"BBB-\"/proqnoz \"Müsbət\") və Rusiyanın (\"BBB\"/ proqnoz \"Müsbət\") göstəricilərindən çoxdur, \"BBB\" reytinq kateqoriyasında yalnız Tailanddan geri qalır (\"BBB\"/proqnoz \"Sabit\"). Neftin qiyməti və xərclər üzrə fərziyyələr düz olsa, ölkə 2012-ci ildə reytinq olunan ölkələr arasında xarici netto-kreditor statusu ilə ən güclü dövlətlərdən olacaq.

Bu proqnozlar fərz etmək imkanı verir ki, neftdən gələn planlaşdırılmayan gəlirlərin bir hissəsi xərclənəcək. 2011-ci ilin iyununda büdcəyə yenidən baxılacaq, ARDNF-dən transfertlər artırılacaq. Fitch əvvəlkitək neft gəlirlərinin ağıllı idarə edildiyini bildirir. Hazırkı 2011-ci il büdcəsində neftin 1 barrel üçün qiyməti 60 dollar hesablananda ÜDM-in 1,7 faizi qədər kəsir var.

Son illər qeyri-neft büdcəsinin kəsiri artıb, amma neftin bahalığı illik transfertləri artırmaq imkanı verib. 2010-cu ildə ARDNF də daxil dövlət büdcəsi ÜDM-in 14 faiz profisiti ilə ödənilib. 2011-ci ildə Fitch analoji nəticələr gözləyir. 2010-cu ilin sonu üçün Azərbaycanın xarici netto-kreditor mövqeyi ÜDM-in 45 faizi qədər olub. Bu, yaxşı nəticədir. \"Fitch Ratings\"in proqnozuna görə, cari əməliyyatlar hesabının profisiti 2011-ci ildə ÜDM-in 30 faizi qədər olacaq. Hökumət xarici aktivləri yığır, özəl sektorun xarici borcları nisbətən məhdud qalır. ABŞ dollarına bağlılıq xeyli həcmdə valyuta rezervləri ilə dəstəklənir. AMB 2008-2009-cu illərdə manatı qoruyub, indi milli valyutanın məzənnəsinin artımı istiqamətində təzyiqi saxlayır.

2010-cu ildə real ÜDM artımı 5 faizədək yavaşıdı. Artım əsasən qeyri-neft sektoru hesabına idi. 2011-2012-ci illərdə neft hasilatının statik səviyyəsi fonunda artım 3 faiz - 4 faizə düşəcək. Daha yüksək qeyri-neft artımı üçün struktur islahatları lazımdır. Bu, inflyasiyanı da azalda biərdi. AMB onu 2011-ci ildə 10 faizdən aşağı saxlamaq istəyir.

Bank sisteminin keyfiyyəti narahatçılıq doğurmaqda davam edir, amma onun kiçik həcmi (aktivlərin ümumi məbləği ÜDM-in 30 faizi təşkil edir) suveren kredit qabiliyyəti riskini azaldır. Dövlət mülkiyyətində olan Azərbaycan Beynəlxalq Bankının (\"ABB\", reytinq \"BBB-\" /Rating Watch \"Mənfi\") payına bank aktivlərinin 40 faizdə çoxu düşür, ancaq o, kapitalının çatışması üçün minimal tələbləri yerinə yetirmir, bu da bütövlükdə sistemin tənzimlənmə indikatorlarında özünü göstərir. MHBS ilə bəzi bankların hesabatlılığına əsaslanan Fitch hesab edir ki, problemli kreditlərin göstəricisi təxminən 10 faizdən 15 faizə qədərdir (bu 2010-cu ildəki rəsmi hesabatda 4,7 faizdən əhəmiyyətli dərəcədə çoxdur).

Bütövlükdə \"Fitch Ratings\" hesab edir ki, kredit qabiliyyəti üçün risklərlə olan situasiyanın yaxşılaşma tendensiyası mövcuddur. Suveren aktivləri toplamağa və makroiqtisadi stabilliyi qorumağa imkan verəcək enerji resurslarının konservativ idarə edilməsi reytinqlər üçün müsbət olardı. İşgüzar konyunkturun, maliyyə sektoru və idarəetmənin yaxşılaşdırılması, həmçinin iqtisadiyyatın diversifikasiyası müsbət cəhət olardı, hərçənd Fitch bu sahələrdə sürətli inkişafı gözləmir.

Hədsiz xərclər və iqtisadiyyatın çox inkişafı halında mənfi reytinq hərəkəti mümkündür. Həmçinin daxili, yaxud xarici siyasi risk artacağı təqdirdə reytinqlər təzyiq altında ola bilər. Dağlıq Qarabağ ətrafında Ermənistanla gərginliyin baha başa gələcək konfliktə çevriləcəyi ehtimalı da qalmaqdadır, amma \"Fitch Ratings\" belə ssenarini az ehtimal edilən hesab edir.

Bütün xəbərlər Facebook səhifəmizdə