Azərbaycan neftinin qiyməti artıb. SİA xəbər verir ki, "Azeri Light" markalı neftin bir bareli 0,09 ABŞ dolları qədər bahalaşıb.
Azərbaycan neftinin bir barelinin qiyməti hazırda dünya bazarında 51,29 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyədə - 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum - 149,66 dollara satılıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə