"İşğaldan azad olunmuş ərazilərdə 163 müxtəlif növ faydalı qazıntı yatağı var" Ekspert
"Dəfələrlə vurğuladığımız kimi işğaldan azad olunmuş ərazilərdə ölkənin iqtisadi potensialı üçün əhəmiyyətli olan 163 müxtəlif növ faydalı qazıntı yatağı vardır. Bu yataqların hər biri Azərbaycan iqtisadiyyatının inkişafında böyük rola sahib olacaqlar". Bunu SİA-ya açıqlamasında SOCAR əməkdaşı, iqtisadçı ekspert Eldəniz Əmirov deyib.
Ekspert bildirib ki, hətta burdakı civə tullantıları belə gəlir gətirmək patensialına malikdir. Belə ki, hələ işğaldan azad edilməmiş ərazilərmizdə ötən ildən başlayaraq “AzerGold” QSC "Çovdar" yatağından çıxarılan filizin tərkibində qızıl və gümüşlə yanaşı, əldə edilən tullantı civənin ixracına başlayıb.
E.Əmirovun dediyinə görə, istehsalat nəticəsində yaranan civənin satışı məqsədilə ilk olaraq yerli bazar araşdırılmış və Sinqapurun "Asia Mercury" şirkəti ilə müqavilə imzalanmışdır. Nəticədə “AzerGold” QSC Çovdar filiz emalı sahəsində istehsalat prosesi zamanı tullantı qismində yaranan 1 163 kiloqram həcmində civə partiyasını Sinqapura uğurla ixrac edərək, həm ətraf mühitin mühafizəsinə öz töhfəsini vermiş, həm də 40 000 manata yaxın məbləğdə mənfəət əldə etmiş oldu. Başqa sözlə tullantı civənin hər kiloqramından bütün xərclər çıxılandan sonra 34,4 manat mənfəət əldə edilib. Faydalı qazantı yataqlarının tullantısı belə gəlir gətirdiyini nəzərə alsaq, böyük qızıl və digər yataqlar gətirə biləcəyi faydanı təsəvvür etmək çətin deyil: «İndi təsəvvür edin ki bizim orada 5 qızıl, 7 civə, 2 mis, 1 qurğuşun və sink, 1 daş kömür, 6 gəc, 4 vermikulit, 1 soda istehsalı üçün xammal, 12 əlvan və bəzək daşları, 10 mişar daşı, 21 üzlük daşı, 9 gil, 20 sement xammalı, 8 müxtəlif növ tikinti daşları, 6 əhəng xammalı, 10 qum-çınqıl, 4 tikinti qumu, 1 perlit, 8 pemza-vulkan külü, 16 yeraltı şirin su və 11 mineral su yatağımız var. Milyon tonlarla qurğuşun, yüz tonlarla qızıl, 10 milyon tonlarla sink və s. ehtiyatların həcmini düşündükdə buranın iqtisadi potensialını anlamaq olur.
Bir əlavə edim ki, işğaldan azad edilmiş ərazilərimizdə olan faydalı qazınti yataqlarının Azərbaycan iqtisadiyatına gəticəyi fayda haqqında danışarkən, onun dəyər ifadəsində gətirdiyi fayda ilə kifayətlənmək olmaz. Belə ki, bu yataqlar, bu sərvətlər həm də o ərazilərdə məskunlaşacaq insanların iş yerlərinin beşiyi deməkdir, əsası deməkdir.Çünki, vətənin hər yeri gözəl olsa belə insanlar üçün ən vacibi iqtisadi maraqdır. İnsanları daglara köçürüb orda“bir təhər yaşa” demək olmaz. Onları orda saxlayan iqtisadi maraq kimi çıxış edən əsas səbəblərdən biri də bu yataqlar olacaq. Vətəndaşların o torpaqlara ikinci dərəcəli bağlılığını təmin edən bu 163 yatağın hər biri pay sahibi olacaq".
İqtisadçı vurğulayıb ki, bu faydalı qazıntı yataqları o torpaqlara xarici investisiya cəlbinin əsas şərti, xarici ölkə maraqlarının özəyi olacaqdır. Buna görə də qeyd etdiyim kimi bu 163 yatağın ölkə iqtisadiyyatına verəcək ikinci dərəcəli faydalar, heç də birinci dərəcəli faydadan ( dəyər ifadəsində olan iqtisadi potensial) geri qalmır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB