Bu il "Şahdəniz"dən 16 mlrd. kubmetrdən çox qaz hasil edilib
Bu ilin yanvar-noyabr aylarında Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağından 16,3 mlrd. kubmetr qaz hasil edilib. Energetika Nazirliyindən SİA-ya verilən məlumata görə, hesabat dövrü yataqdan 3,2 mln. ton kondensat hasil edilib.
Qeyd edək ki, "Şahdəniz" yatağı üzrə pay bölgüsü haqqında saziş 1996-cı ildə imzalanıb və ratifikasiya edilib. Layihədə BP (operator – 28,8%), AzSD (10%), "SGC Upstream" (6,7%), "Petronas" (15,5%), "Lukoil" (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB