İşğaldan azad olunmuş ərazilərdə biznes qurmaq istəyən sahibkarların nəzərinə!

İşğaldan azad olunmuş ərazilərdə biznes qurmaq istəyən sahibkarların nəzərinə!

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyəti, müzəffər Azərbaycan Ordusunun sücaəti nəticəsində işğaldan azad olunmuş ərazilərimizdə biznes qurmaq istəyən sahibkarlar biznes layihələrini İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) təqdim edə bilərlər.

SİA-nın xəbərinə görə, agentliyə müraciət edən sahibkarlara işğaldan azad olunmuş ərazilərin iqtisadi və investisiya potensialına dair informasiya, məsləhət, əlaqələndirmə və digər dəstək və xidmətlər göstəriləcəkdir.

İşğaldan azad olunmuş ərazilərdə biznes qurmaq istəyən sahibkarlar müvafiq formanı (https://bit.ly/37dIt12) doldurmaqla KOBİA-ya ([email protected]) təqdim etməlidirlər.

Əlavə məlumat üçün: (+994) 50 551 52 53 və (+994) 55 500 12 30, Ayaz Ədilov.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə