İltimas Məmmədov: “Azərbaycanın telekommunikasiya şəbəkəsi “Eurovision-2012”yə tam hazırdır
Azərbaycanın telekommunikasiya şəbəkəsi 2012-ci ildə Bakıda keçiriləcək "Eurovision" müsabiqəsinə tam hazırdır. SİA-nın xəbərinə görə, bunu Azərbaycanın rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, Azərbaycan "Eurovision" müsabiqəsinə qatılan vaxt telekommunikasiya şəbəkəsi müsabiqəyə tam hazır olub: "Bunun nəticəsində bütün operatorlardan səsvermə həyata keçirilib. Nazirlik tərəfindən bu prosesə 3 il öncə başlanılıb, nəticədə İTV və digər aidiyyəti qurumlarla birlikdə dünyada analoqu olmayan müasir texnologiyalar qurulub".
İ.Məmmədov vurğulayıb ki, hazırda Azərbaycanın telekommunikasiya şəbəkəsi tamamilə yeni nəsil texnologiya üzərində qurulub: "Buna görə də 2012-ci ildə Azərbaycanda keçiriləcək müsabiqəyə ölkənin telekommunikasiya şəbəkəsi tam olaraq hazırdır. Elektron-optik səth üzərində qurulan yeni nəsil texnologiya şəbəkəsi üzərinə daha geniş platformalar qurmaq üçün hər cür imkanlar var. Bu yeni nəsil şəbəkə milyonlarla insana xidmət göstərəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB