Azərbaycan Mərkəzi Bankına yeni səlahiyyət verilir

Azərbaycan Mərkəzi Bankına yeni səlahiyyət verilir.

SİA-nın məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Tibbi sığorta haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, qanunun 7.2-ci maddəsində "müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)" sözləri "Azərbaycan Respublikasının Mərkəzi Bankı" sözləri ilə əvəz edilib. Bununla da sığortaolunanların könüllü tibbi sığorta ilə bağlı mənafeyini həm də Mərkəzi Bank müdafiə edəcək.

Qanuna dəyişiklik səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...