Azərbaycan ən çox Rusiyaya məhsul göndərib

Yanvar-sentyabr aylarında Azərbaycan MDB ölkələri arasında ən çox Rusiyaya məhsul ixrac edib. Dövlət Gömrük Komitəsindən SİA-ya bildirilib ki, Azərbaycanın MDB ölkələri arasında ən çox məhsul ixrac etdiyi ölkələr Rusiya, Ukrayna və Belarus olub. Rusiyaya ixrac olunan məhsulların dəyəri 499,7 milyon ABŞ dolları, Ukraynaya 280,4 milyon dollar, Belarusa isə 130,9 milyon dollar olub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...