Azeri Light neftinin bu il orta qiyməti 48 dollar olacaq - UNEC
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Azeri Light neftinin dünya bazarında qiymətinin proqnozunu yeniləyib. SİA-nın məlumatına görə, UNEC proqnozunda 2016-2023-ci illər üzrə Azeri Light markalı neftin dünya bazarında qiymətinin ekonometrik modelləşdirməsində COVİD 19 pandemiyasının neftin qiymətinə təsiri nəzərə alınıb.
2020-ci ildə Azeri Light neftinin dünya bazarında illik orta qiymətinin hər barel üçün 48 ABŞ dolları olacağı proqnozlaşdırılıb.
Proqnoza əsasən, 2021-ci ildə isə neftin dünya bazarında illik orta qiyməti hər barel üçün 62 dollar olacağı gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB