Hazırki iqtisadi imkanlarımız əks hücumları qələbəyədək aparmağa imkan verir - ŞƏRH ÖZƏL

“Sentyabrın 27-də erməni təxribatından sonra mən də Horadiz şəhərində idim. Fizuli rayonunda həm vəziyyəti müşahidə etmək, həm mülkü əhaliyə və həmçinin onların əmlakına erməni silahlı qüvvələri tərəfindən dəymiş ziyanı görmək imkanım oldu”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin üzvü, iqtisadçı ekspert Vüqar Bayramov deyib.

Deputat bildirib ki, xüsusən də əmlaka dəymiş ziyanın ilkin qiymətləndirilmələri aparılır: “Lakin nəzərə almaq lazımdır ki, atəşkəs dövründə belə mütəmadi olaraq təmsil etdiyim rayonda ermənilər tərəfindən dəymiş ziyanlar müşahidə olunurdu. Bu baxımdan dəymiş ziyanın aradan qaldırılması indiki halda xüsusi bir çətinlik yaratmır”.

V.Bayramov vurğulayıb ki, Azərbaycanın əks hücum tədbirlərini həyata keçirməsi iqtisadiyyat üçün hər hansı bir çətinlik formalaşdırmır və gələcəkdə də bu iqtisadiyyata neqativ təsirlər göstərməyəcək: “Çünki mövcud vəziyyətdə Azərbaycan savaşın yaratdığı xərcləri kompensasiya etmək imkanına malikdir. Rahatlıqla deyə bilərik ki, hazırki iqtisadi imkanlarımız əks hücumları qələbəyədək aparmağa imkan verir”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə