Elektrik qatarlarının hərəkət cədvəlinə edilən dəyişiklik ləğv olundu DİQQƏT

Çoxsaylı müraciətləri nəzərə alaraq, Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlinə edilən dəyişiklik ləğv olunur. Bu barədə SİA-ya "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.

Belə ki, Sumqayıtdan 19:35-də yola düşən Sumqayıt-Pirşağı-Bakı və Bakıdan saat 20:30-da yola düşən Bakı-Pirşağı-Sumqayıt elektrik qatarlarının hərəkət qrafiki olduğu kimi saxlanılır.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə