Azərbaycanda qızıl və gümüşün qiyməti bahalaşıb. SİA xəbər verir ki, sentyabrın 25-də qızılın qiyməti sentyabrın 24-ü ilə müqayisədə 35,377 manat (1,12 faiz) artaraq 1 unsiya üçün 3 184,389 manat təşkil edib. Gümüş isə 2,2567 manat (6,05 faiz) bahalaşaraq 1 unsiya üçün 39,5536 manata bərabər olub.

Platinin qiyməti 45,7895 manat (3,22 faiz) artaraq 1 467,219 manat, palladiumun qiyməti 60,945 manat (1,63 faiz) artaraq 3 805,858 manat təşkil edib.

Xatırladaq ki, bir il ərzində bir unsiya qızıl 584,7405 manat (22,5 faiz) bahalaşıb, gümüş 8,0866 manat (25,7 faiz) bahalaşıb, platin 151,7845 manat (9,4 faiz) ucuzlaşıb, palladium 965,3025 manat (34 faiz) bahalaşıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...