Londonda Avropa Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə biznes-forum keçiriləcək
12-13 may tarixlərində Londonda Avropa Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə biznes-forum keçiriləcək. SİA-nın yap.org.az saytına istinadən verdiyi xəbərə görə, tədbirdə Avropanın 200-ə yaxın qabaqcıl iş adamının iştirak edəcəyi gözlənilir. Biznes-forumun açılış mərasimində Azərbaycanın Birləşmiş Krallıqdakı səfiri Fəxrəddin Qurbanov, Birləşmiş Krallığın Azərbaycandakı səfiri Karolin Braun və AAC-ın sədri Tale Heydərov çıxış edəcəklər. Forum çərçivəsində keçiriləcək seminarlar Qafqazda təhlükəsizlik və onun biznesə təsiri, beynəlxalq şirkətlər üçün yeni imkanlar, informasiya və rabitə texnologiyaları sənayesi, turizm və səyahət, kənd təsərrüfatı və ərzaq istehsalı, nəqliyyat, infrastruktur, tikinti və daşınmaz əmlak, maliyyə xidmətləri, enerji məsələlərinə həsr olunacaq.
Azərbaycan rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, Avropa Yenidənqurma və İnkişaf Bankının Türkiyə, Şərqi Avropa, Qafqaz və Orta Asiya üzrə icraçı direktoru Olivye Dekamp, Britaniya İmperiyası Ordeninin zabiti (OBE) Baronessa O’Kateyn, Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoru Əfqan İsayev, Azərbaycan üzrə Britaniya parlament qrupunun sədri Mark Fild də çıxış edənlər arasında olacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB