AİB-in növbəti toplantısı harda olacaq?

AİB-in növbəti toplantısı harda olacaq?

Asiya İnkişaf Bankının (AİB) 54-cü illik toplantısının keçiriləcəyi yer məlum olub. SİA sözügedən bankın yayımladığı məlumata istinadən xəbər verir ki, növbəti toplantı Gürcüstanda baş tutacaq.

Məlumata görə, Bankın Direktorlar Şurasında Gürcüstan hökumətinin müvafiq müraciətinə baxılıb və toplantının 2021-ci ilin 2-5 may tarixlərində Tbilisidə keçirilməsi qərara alınıb.

Xatırladaq ki, AİB-nin 48-ci illik toplantısı 2015-ci ilin 2-5 may tarixlərində Bakıda keçirilib.

Qeyd edək ki, Azərbaycan 1999-cu ildə AİB-yə üzv olub. Bank Azərbaycanda dövlət və özəl sektorlara aid 80-dən çox layihənin həyata keçirilməsi üçün kredit, zəmanət, texniki dəstək qrantları çərçivəsində 5 milyard ABŞ dollarına yaxın vəsait ayırıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə