Bu il Azərbaycanın ixrac və idxal etdiyi əsas məhsul növləri məlum olub. SİA xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

2020-ci ilin yanvar-iyul aylarında 2019-cu ilin yanvar-iyul ayları ilə müqayisədə mühüm məhsul növlərindən təzə tərəvəz ixracı 6,0 faiz, kartof – 32,1 faiz, meyvə və tərəvəz şirələri – 9,9 faiz, bitki yağları – 1,7 dəfə, meyvə və tərəvəz konservləri – 5,1 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 41,9 faiz, polietilen – 41,9 faiz, qara metallardan borular – 1,8 dəfə, bentonit gili – 11,0 faiz artmış, təzə meyvə ixracı isə 18,5 faiz, şəkər – 40,0 faiz, tütün – 25,8 faiz, çay – 1,9 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 57,4 faiz, pambıq lifi – 10,0 faiz, pambıq ipliyi – 28,2 faiz, emal olunmamış alüminium – 12,6 faiz, qara metallardan yarımfabrikatlar – 85,4 faiz azalıb.

2019-cu ilin yanvar-iyul ayları ilə müqayisədə 2020-ci ilin yanvar-iyul aylarında təzə meyvə idxalı 14,5 faiz, bitki yağları – 3,9 faiz, xam şəkər və şəkər – 4,0 faiz, kərə yağı, digər süd yağları və pastaları – 37,7 faiz, çay – 13,9 faiz, mal əti – 18,8 faiz, təzə tərəvəz – 27,5 faiz, minik avtomobilləri – 25,0 faiz, dərman vasitələri – 1,7 dəfə, hesablama maşınları, blok və qurğuları – 22,8 faiz, qara metallardan çubuqlar – 1,7 dəfə, məişət soyuducuları – 11,0 faiz artmış, buğda idxalı isə 33,5 faiz, kartof – 0,8 faiz, quş əti və onun əlavə məhsulları – 4,7 faiz, siqaretlər – 79,4 faiz, qara metallardan borular – 7,3 faiz, polad prokatı – 3,4 faiz, mineral gübrələr – 4,3 faiz, rezin şinlər – 20,5 faiz, məişət kondisionerləri – 30,6 faiz, mebellər – 20,5 faiz, yük avtomobilləri – 16,9 faiz, polietilen – 19,6 faiz, paltaryuyan maşınlar – 9,0 faiz, qara metallardan künclüklər – 13,0 faiz, avtobuslar – 27,3 faiz, sement və sement klinkerləri – 24,9 faiz azalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə