SOCAR kapital qoyuluşu proqramının 1,67 mlrd. manatını yerinə yetirib

SOCAR kapital qoyuluşu proqramının 1,67 mlrd. manatını yerinə yetirib

SOCAR 2019-cu ildə 3,26 mlrd. manatlıq kapital qoyuluşu proqramının 51,4 faiz və ya 1,67 mlrd. manatını yerinə yetirib. SİA xəbər verir ki, SOCAR-ın illik hesabatına istinadən verdiyi məlumata görə, proqram çərçivəsində vəsaitin 728,68 mln. manatı qazma işlərinə, 2,26 mlrd. manatı tikintiyə, 231,31 mln. manatı quraşdırılması tələb olunmayan avadanlıqlara və 40 mln. manatı geoloji axtarış işlərinə yönəlməsi planlaşdırılırdı.

Beləliklə, 2019-cu ildə SOCAR faktiki əsaslı vəsait qoyuluşunu qazma işləri üzrə 94,1 faizini və ya 686 mln. manatını, tikinti üzrə 37,8 faizini və ya 856,71 mln. manatını, quraşdırılması tələb olunmayan avadanlıqlar üzrə 39,2 faizini və ya 90,68 mln. manatını və geoloji axtarış işləri üzrə isə 112,7 faiz və ya 45,08 min manatını yerinə yetirib.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə