“Azərbaycanda pandemiyanın təsirlərini minimumlaşdırmaq mümkün olub” ÖZƏL-MÜNASİBƏT

“Azərbaycanda pandemiyanın təsirlərini minimumlaşdırmaq mümkün olub” ÖZƏL-MÜNASİBƏT

“Pandemiyanın təsirlərinin minimumlaşdırılması, xüsusən də, vətəndaşlarımızın sağlamlığına təsirlərinin azaldılması və iqtisadi təsirlərin mərhələli şəkildə aradan qaldırılması Azərbaycan üçün prioritet hədəf idi və ötən müddətdə də rəsmi statistika, eyni zamanda pandemiyanın təsirlərinin minimumlaşdırılmsı ilə bağlı aparılan siyasət ondan xəbər verir ki, Azərbaycan praktik olaraq pandemiyanın geridə qalan aylarında sözügedən hədəflərə nail ola bilib. Beləki, yenə də Azərbaycan üçün vətəndaşlarımızın sağlamlığı prioritetdir və Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən siyasət birbaşa hər bir vətəndaşımızın sağlamlığına pandemiyanın təsirlərini minimumlaşdırmaq məqsədi daşıyır. O baxımdan ilk növbədə hər bir ölkə vətəndaşının sağlamlığının qorunması, pandemiyaya qarşı mübarizədə əsas hədəfdir”. Bu sözləri SİA-ya açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri, iqtisadçı ekspert Vüqar Bayramov deyib.

İqtisadçı ekspert bildirib ki, burada iqtisadi çətinliklər də təbii ki, müşahidə olunur və əslində pandemiyanın iqtisadi təsirlərinin olacağı gözlənilən idi, çünki, pandemiya fəaliyyət sahəsinə mənfi təsir göstərir və onlardan on birində fəaliyyətlərin tamamən, doqquzunda qismən dayanması müşaiyət olunub ki, bu da real sektora pandemiyanın təsirlərinin olması anlamına gəlir: "Amma, Azərbaycan üçün baxmayaraq ki, insanların sağlamlığı birinci dərəcəlidir, bununla belə təbii ki, pandemiyanın iqtisadi təsirlərini də Azərbaycan hökuməti minimumlaşdırmağa çalışır. Bu ilin 7 ayında Azərbaycan iqtisadiyyatı 2,8 faiz azalıb. Rusiyada 8,5 faiz geriləmə müşahidə olunub. Eyni zamanda Böyük Britaniyada bu ilin ikinci rübündə 24 faiz azalma qeydə alınıb ki, bu da praktik olaraq, Böyük Britaniya tarixində ən ciddi geriləmədir. Avropa Ölkələrində iqtisadi azalma ikirəqəmlidir. Bəzi hallarda hətta , məsələn, Amerika Birləşmiş Ştatlarında 20 faizə yaxın geriləmə qeydə alınıb. Ona görə də təbii ki, inkişaf etmiş ölkələrlə, bir sıra inkişaf etməkdə olan ölkələrlə müqaisədə Azərbaycanda pandemiyanın iqtisadi təsirlərini minimumlaşdırmaq praktik olaraq mümkün olub. Azalma var, amma indiki pandemiya şəraitində mövcud iqtisadi azalma məqbul hesab oluna bilər. Növbəti dövrlər üçün də əsas hədəf ondan ibarətdir ki, iqtisadi azalmanın optimallaşdırılması və təbii ki, pandemiya başa çatdıqdan sonra yenidən daha qısa zamanda iqtisadi aktivliyə nail olmaq mümkün olsun. O baxımdan növbəti aylarda da vətəndaşlarımızın sağlamlığının prioritet olması kontekstində pandemiyanın iqtisadiyyata təsirlərinin minimumlaşdırılması ilə bağlı siyasət davam etdiriləcək və təbii ki, məqsəd də ondan ibarətdir ki, post-pandemiya dövründə real sektorda iqtisadi aktivliyi daha qısa zamanda bərpa etmək mümkün olsun”.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə