Bakıda ticarət dövriyyəsinin həcmi 11.7 milyard manat olub

Bakıda ticarət dövriyyəsinin həcmi 11.7 milyard manat olub

2020-ci ilin yanvar-iyul aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1,5 faiz azalıb. SİA xəbər verir ki, Bakıda ticarət dövriyyəsinin həcmi 11 milyard 741,6 milyon manat olub.

Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumata əsasən, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,5 faiz artaraq 5 milyard 682,5 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 4,5 faiz azalaraq 6 milyard 59,1 milyon manata bərabər olub.

İstehlak məhsullarının 30,6 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 46,4 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 23 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə