Ödəmə vaxtı keçmiş kreditlərin həcmi 1 062,4 mln. manat təşkil edib

Ödəmə vaxtı keçmiş kreditlərin həcmi 1 062,4 mln. manat təşkil edib

Bu ilin avqust ayının 1-nə Azərbaycanda ödəmə vaxtı keçmiş kreditlərin həcmi 1 062,4 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından (AMB) SİA-ya verilən məlumata görə, bu göstərici son bir ayda 3,1 mln. manat və ya 0,3% azalıb.

Cari ilin əvvəli ilə müqayisədə vaxtı keçmiş kreditlərin həcmi 210,7 mln. manat və ya 16,6% azalıb. Ötən ilin eyni dövrü ilə müqayisədə isə 425 mln. manat və ya 28,6% azalma olub.

Qeyd edək ki, avqustun 1-nə problemli kreditlərin cəmi kreditlərdə payı 7,3% təşkil edib.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə