Dünya bazarında neftin qiyməti 46 dolları ötüb

Dünya bazarında neftin qiyməti 46 dolları ötüb

Dünya bazarında neftin qiyməti 46 ABŞ dollarını ötüb. SİA "Bloomberg"ə istinadən xəbər verir ki, "Brent" markalı neftin qiyməti 0.33 faiz və ya 0.150 ABŞ dolları səviyyəsində artıb.

"Brent" markalı neftin bir barelinin qiyməti hazırda 46.01 ABŞ dollarını təşkil edir.

WTI markalı yüngül neftin qiyməti isə 0.02 faiz və ya 0.010 ABŞ dolları dəyərində aşağı düşüb. Hazırda WTI markalı neftin bir barelinin qiyməti 43.34 ABŞ dollarıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə