BMT: "Azərbaycanda sənaye sektoru 2,6 faiz artıb və pərakəndə satış 2010-cu ildə 8,8 faiz yüksəlib"

BMT: "Azərbaycanda sənaye sektoru 2,6 faiz artıb və pərakəndə satış 2010-cu ildə 8,8 faiz yüksəlib"

"İnfrastruktura qoyulan dövlət investisiyaları vasitəsilə inkişaf edən qeyri-neft sektoru və həmçinin ticarət və xidmətlər sahəsi iqtisadiyyatın inkişafında mühüm rol oynayır". SİA-nın xəbərinə görə, BMT-nin "Asiya və Sakit okean regionu üzrə iqtisadi və sosial icmal – 2011" Azərbaycanla bağlı hesabatında bildirilib ki, sənaye sektoru 2,6 faiz artıb və pərakəndə satış 2010-cu ildə 8,8 faiz yüksəlib. Kənd təsərrüfatı sahəsi pis hava şəraiti ilə əlaqədar olaraq dənli bitkilərin istehsalının kəskin şəkildə azalmasına baxmayaraq, bolluq nümayiş etdirir. Hesabatda qeyd olunub ki, Azərbaycanda neft-qaz sektoru ÜDM-in 55 faizini və ixracatdan əldə olunan gəlirin 80 %-dən çoxunu təşkil edir və ÜDM-in inkişafı əvvəlki illərdəki 9 faiz ilə müqayisədə 2010-cu ildə 5%-ə enib.

 

Hesabatda əsasən, Azərbaycanda maliyyə vəziyyəti daha az mülayimdir: "Azərbaycan yüksək neft qiymətləri sayəsində büdcəsində artım qeydə alınıb. Hökumət öz büdcə hədəflərinə düzəlişlər edib və infrastruktur və sosial proqramların maliyyələşdirilməsi məqsədilə Dövlət Neft Fondundan büdcəyə köçürmələri artırıb. Lakin qeyri-neft sektorunda vergi kəsirini azaltmaq istiqamətində tədbirlər görülməlidir. Azərbaycan Mərkəzi Bankı likvidliyi artırmaq və iqtisadi fəaliyyəti dəstəkləmək məqsədilə 2009-cu ildə kommersiya banklarının ehtiyat tələblərini azaldıb".

Bütün xəbərlər Facebook səhifəmizdə