59 milyon ABŞ dolları Mərkəzi Bank tərəfindən tam təmin edilib

59 milyon ABŞ dolları Mərkəzi Bank tərəfindən tam təmin edilib

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib. AMB-dən SİA-ya verilən məlumata görə, hərracda tələb 59,1 milyon ABŞ dolları olub və tam təmin edilib.

Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (4 avqust 2020-ci il tarixində keçirilib – red.) müqayisədə 7,4% və ya 4,1 milyon dollar artıb.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə