20 mindən çox ictimai iş yeri mövcuddur

20 mindən çox ictimai iş yeri mövcuddur

"190 manat birdəfəlik yardımın verilməsi ilə bağlı konkret olaraq müddəalər təyin edilmişdir. Bu müddəalara əsasən birdəfəlik ödəmə konkret şəxslərə verilir". Bunu Operativ Qərargahın bu gün keçirilən brifinqində Prezidentin köməkçisi Şahmar Mövsümov deyib.

O bildirib ki, bu gün əlavə ictimai iş yerləri mövcuddur: "İctimai işlərə cəlb olunmaq isyətən şəxslər üçün 20 mindən çox iş yeri mövcuddur. Təəssüf ki, bunun üçün müraciət edilmir. Onun əvəzinə 190 manat birdəfəlik ödəmə ilə kifayətlənilir".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə