Ukrayna bu ay taxıl ixracına qoyulan qadağanı aradan qaldıra bilər. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Ukraynanın aqrar siyasət naziri Nikolay Prisyajnyuk bildirib. Onun sözlərinə görə, artıq may ayının 15-20-i tarixlərində taxıl və dənli bitkilərin balansı əldə olunacaq: "Bundan sonra hər hansısa qərar qəbul olunacaq. Quraqlıq və azməhsuldarlıq səbəbindən taxıl ixracına 2010-cu ildə qadağa qoyulmuşdu. Bundan əvvəl hökumət bu qadağanın bu ilin iyul ayının 1-nə kimi uzadılacağını bildirirdi".
Qeyd edək ki, Ukrayna tərəfi Azərbaycana hər il 800 min ton taxıl ixrac edə biləcəyini bildirmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB