Almaniya-Azərbaycan biznes forumu keçiriləcək

Almaniya-Azərbaycan biznes forumu keçiriləcək

Mayın 5-6-da Almaniyada İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Almaniyanın Federal İqtisadiyyat və Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə Almaniya-Azərbaycan biznes forumu keçiriləcək. SİA-nın AZPROMO-nun rəsmi saytına istinadən verdiyi məlumata görə, tədbirdə rəsmi şəxslərlə yanaşı, Azərbaycan və Almaniya tərəfindən sənaye, kənd təsərrüfatı, tikinti, səhiyyə, logistika və s. sahələrdə fəaliyyət göstərən iş adamlarının iştirakı nəzərdə tutulur.

 

Forumda iştirak etmək istəyən sahibkarlar ətraflı məlumat üçün Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna müraciət edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə