Öhdəliklərini yerinə yetirməyən OPEC + ölkələri kompensasiya cədvəllərini təqdim ediblər

Öhdəliklərini yerinə yetirməyən OPEC + ölkələri kompensasiya cədvəllərini təqdim ediblər

May ayında neft hasilatının azaldılması ilə bağlı öhdəliklərini yerinə yetirməyən bütün OPEC+ ölkələri qarşıdakı aylar üçün kompensasiya cədvəllərini təqdim ediblər.

SİA "İnterfaks" agentliyinə istinadən xəbər verir ki, may ayında OPEC+ razılaşması 87 faiz yerinə yetirilib, bazara planlaşdırılandan 1,26 milyon barrel daha çox neft çıxaralıb.

Hesabata əsasən, öhdəliklərini əsasən İraq (46 faiz), Qabon (-5 faiz), Nigeriya (57 faiz), Anqola (71 faiz) və Konqo (72 faiz) yerinə yetirməyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə