Neftdən kənar sahələrin iqtisadiyyatdakı drayver rolu güclənəcək ÖZƏL - AÇIQLAMA
"Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin iştirakı ilə "Microsoft" rəhbərliyi ilə keçirilən videokonfrans bir-neçə aspektdən əhəmiyyətli hesab olunur. Bu bir daha təsdiq edir ki, beynəlxalq qurumların, eləcə də aparıcı qlobal şirkətlərin Azərbaycan iqtisadiyyatına inamı kifayət qədər yüksəkdir". Bu sözləri SİA-ya açıqlamasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü olan deputatı Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, pandemiya dövründə belə videokonfransların keçirilməsi post-pandemiya dövründə həmin şirkətlərin Azərbaycanla əlaqələrini daha da genişləndirmək istəyindən xəbər verir və bu təbii ki, ölkə iqtisadiyyatına olan güvənin göstəricisidir: "Videokonfransda qeyd edilən məsələlər bir daha təsdiq edir ki, beynəlxalq arenanın, o cümlədən, beynəlxalq qurumların, aparıcı şirkət rəhbərlərinin Azərbaycan liderinə etimadı kifayət qədər yüksəkdir. Xüsusilə də məhz bu görüşlərdən əvvəl keçirilən videokonfranslarda ölkə Prezidentinin rəhbərliyi ilə aparılan islahatların xüsusilə qiymətləndirilməsi və qeyd olunması da ondan xəbər verir ki, Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən islahatlar beynəlxalq qurumlar tərəfindən, eləcə də dünyanın aparıcı şirkətləri tərəfindən müsbət qarşılanır. Eyni zamanda bu videokonfrans bir daha pandemiya dövründə Azərbaycanın həyata keçirdiyi tədbirləri, o cümlədən sahibkarların dəstəklənməsi isə bağlı reallaşan islahatlar da beynəlxalq qiymət kimi xarakterizə olunmalıdır. Çünki nəticə etibarilə əvvəlki videokonfranslarda olduğu kimi "Microsoft" rəhbərliyi də pandemiyaya qarşı Azərbaycanın həyata keçirdiyi tədbirləri, o cümlədən, bu dövrdə həm sahibkarların, bütövlükdə muzdlu işçilərin, o cümlədən, vətəndaşlarımızın dövlət tərəfindən dəstəklənməsi siyasəti xüsusi qiymətləndirilir. Bu isə ondan xəbər verir ki, pandemiya dövründəki siyasət yalnız Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən deyil, eyni zamanda iqtisadi sferada olan beynəlxalq qurumlar və şirkətlər tərəfindən də yüksək qiymətləndirilir".
Millət vəkili əlavə edib ki, bu görüş bir daha təsdiq edir ki, Azərbaycan innovasiya və eyni zamanda informasiya texnologiyası baxımından regionun aparıcı ölkələrindəndir və xüsusilə də 4-cü Sənaye İnqilabı ilə bağlı regional fəaliyyətlərdə Azərbaycanın öndə olması, DAVOS İqtisadi Forumunun 4-cü Sənaye İnqilabı üzrə regional mərkəzinin Azərbaycanda yaradılması ilə bağlı razılığın əldə edilməsi onu sübut edir ki, Azərbaycan innovasiyanı dəstəkləyən və innovativ, eləcə də texnoloji inkişafa töhfə verən ölkələrdən biridir: "Praktik olaraq bu innovasiya sahəsində Azərbaycanın regionun aparıcı ölkələrindən biri olması anlamına gəlir. Bu baxımdan təbii ki, bu videokonfrans bir daha təsdiq edir ki, post-pandemiya dövründə Azərbaycanda həyata keçirilən islahatlar, innovativ və eyni zamanda texnoloji yeniliklərin, sahibkarların və bütövlükdə iqtisadiyyatın eyni istiqamətdə daha yaxından dəstəklənməsinə imkan verəcək. Bu da post-pandemiya dövründə Azərbaycan iqtisadiyyatında innovativ dəyərin çəkisinin artmasına və bütövlükdə ölkə iqtisadiyyatındakı diversifikasiya meyillərinin gücləndirilməsinə, ötən ayın yekunlarında olduğu kimi növbəti dövrlərdə də innovasiyanı daha çox tətbiq edən sektorlardan olan neftdən kənar sahələrin iqtisadiyyatdakı drayver rolunun güclənməsinə gətirib çıxaracaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB