Yanvar-may aylarında benzin və dizelə 807,3 mln. manat xərclənib
Bu ilin yanvar-may aylarında istehlakçılar Azərbaycanın pərakəndə ticarət şəbəkəsində avtomobil benzini və dizel yanacağına 807,3 mln. manat xərcləyib. Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, bu rəqəm əvvəlki ilin analoji dövrü ilə müqayisədə 0,8% azdır.
Lakin təkcə ötən ay əhaliyə 180,7 mln. həcmində avtomobil benzini və dizel yanacağı satılıb ki, bu da aprel ayı ilə müqayisədə 28,8% çoxdur.
Qeyd edək ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 5,6%-i avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.
Müəllif: Nigar Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB