"Virusun ikinci dalğası gəlsə də iqtisadiyyatı dayandırmayacağıq" ABŞ Maliyyə naziri
ABŞ-ın maliyə naziri Stiven Mnukin COVID-19-un ikinci dalğası ilə üz-üzə gəldikdə belə iqtisadiyyatı dayandırmayacaqlarını açıqlayıb. SİA xəbər verir ki, Mnukin ABŞ iqtisadiyyatının 2020-ci ilin 3-cü və 4-cü rüblərində yaxşılaşacağını bildirib.
Qonaq olduğu televiziya proqramında nazir ölkə iqtisadiyyatını istənilən halda bir daha dayandırmayacaqlarını açıqlayıb: "Düşünürəm ki, bundan sonra iqtisadiyyatımızı dayandırsaq, bugünkündən daha çox zərərə uğrayacağıq. Lakin, ABŞ iqtisadiyyatının bu ilin 3-cü və 4-cü rüblərində daha yaxşılaşmasını gözləyirk".
Ölkədə epidemiyanın iqtisadi təsirlərinə azaltmaq məqsədilə hazırlanan 3 trilyon dollarlıq dəstək paketindən danışan Maliyyə naziri təxminən 1,6 trilyon dolların istifadə edildiyini və növbəti aylarda 1 trilyon dolların da iqtisadiyyata sərf ediləcəyini söyləyib. O əlavə edib ki, ehtiyac olduqda Konqresdən əlavə maliyyə dəstəyi tələb oluna bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB