"AİB ilə əməkdaşlıq digər sahələrin də inkişafına öz töhfəsini verəcək" ŞƏRH-ÖZƏL

“Asiya İnkişaf Bankının təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə bankın prezidenti Masatsuqu Asakava, vitse-prezidenti Şiksin Çen və bankın rəhbərliyinin digər nümayəndələri arasında videokonfransı Azərbaycan üçün əhəmiyyətli görüş olduğunu hesab edirəm. Cənab Prezidentin çıxışında da qeyd etdiyi kimi, Asiya İnkişaf Bankının Azərbaycana ayırdığı kredit və zəmanətlərin ümumi məbləği 3 milyard ABŞ dollarını ötür. Bu vəsait Azərbaycan üçün çox əhəmiyyətli vəsaitdir”. Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Elçin Quliyev deyib.

O bildirib ki, AİB tərəfindən Azərbaycana ayrılan vəsait infrastruktura investisiya yatırmağa kömək edib: “Asiya İnkişaf Bankı elektrik enerjisinin istehsalı, dəmir yolu tikintisi, yol tikintisi, su və kanalizasiya ilə bağlı çoxsaylı infrastruktur layihələrini dəstəkləmişdir. Bundan başqa, Asiya İnkişaf Bankı Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsinə də maliyyə dəstəyi göstərmişdir. Bütün bunlar Cənab Prezidentin uğurlu iqtisadi, beynəlxalq siyasətinin bariz nümunəsidir”.

Ekspert söyləyib ki, yuxarıda sadalananları əldə etmək üçün ölkədə sabit iqtisadi siyasi vəziyyətin mövcudluğu da əsas şərtlərdən biridir: “Prezident İlham Əliyevin çıxışında da söylədiyi kimi, Asiya İnkişaf Bankının dəstəyi nəticəsində çox geniş kreditorlar qrupunun yaranmasına nail olunub. Cənub Qaz Dəhlizi və 3 layihə artıq tamamlanıb. Dördüncüsü - Trans-Adriatik boru kəməri 95 faizdən çox tamamlanıb. Bu, həqiqətən də əməkdaşlığın çox yaxşı əlaməti olmaqla yanaşı, yeni layihələr üzərində işləməyə yeni imkanlar açır”.

Gələcəkdə AİB ilə suvarma və təhsillə bağlı icra olunacaq bəzi layihələrin olduğunu deyən E. Quliyev qeyd edib ki, bütün bunlar çox böyük əhəmiyyət kəsb edir: “Asiya İnkişaf Bankının göstərdiyi dəstək özəl sektor, infrastrukturun inkişafı, kiçik və orta müəssisələrə dəstək məsələləri ilə əlaqədardır. Əminəm ki, qarşıdakı illərdə bu əməkdaşlıq uğurla davam edəcək. Digər maliyyə qurumları kimi AİB rəhbərliyi də Azərbaycan Prezidentinin pandemiya ilə bağlı səylərini yüksək qiymətləndirdi. Qeyd edildi ki, Prezident İlham Əliyevin səyləri pandemiya dövründə insanları necə xilas etmək və onların sağlamlığını necə qorumaq məqsədi daşıyıb. Azərbaycanın vaxtında gördüyü tədbirlər sayəsində pandemiya dövründə minimum itki verilib. Ümumdünya Səhiyyə Təşkilatının bəyanatlarına əsasən, Azərbaycan pandemiya ilə mübarizədə nümunə hesab olunur. Hətta bu təşkilat ölkəmizdə pandemiyaya qarşı aparılan mübarizə tədbirlərini nümunə olaraq digər dövlətlətə göstərir. Azərbaycan sözün əsl mənasında pandemiyaya qarşı mübarizədə nümunəvi dövlətə çevrilib”.

Ölkə iqtisadiyyatının pandemiyadan zərər çəkən sektorlarını, eləcə də işsiz, aztəminatlı, hətta qeyri-formal məşğulluğa cəlb olunan insanları dəstəkləmək üçün dövlət tərəfindən 2 milyard avrodan çox vəsaitin ayrıldığını xatırladan iqtisadçı vurğulayıb ki, cənab Prezidentin də qeyd etdiyi kimi, bu il işçilərlə şirkətlər arasında 100 mindən çox müqavilə imzalanıb, sosial layihələrin heç biri ixtisara salınmayıb: “Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Masatsuqu Asakavada pandemiya ilə mübarizə və onun ölkəmizə təsiri ilə bağlı Azərbaycan hökumətinin nəhəng islahatlar paketini yüksək dəyərləndirməklə yanaşı, Ümumdünya Səhiyyə Təşkilatı, o cümlədən Qoşulmama Hərəkatına üzv dövlətlərə maliyyə ayırmasınını təqdirəlayiq hal hesab edib. Azərbaycanın pandemiyadan əziyyət çəkən 13 ölkəyə, o cümlədən Çin Xalq Respublikası, Pakistan, Qırğızıstan, Tacikistan və Özbəkistana yardım etdiyi qeyd edildi”.

E.Quliyev hesab edir ki, Azərbaycan Asiya İnkişaf Bankının suvarma, peşə təhsili, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi layihələri vasitəsilə ölkəmizin dayanıqlı inkişafına yeni töhfələr verəcək: “Bu da ölkəmizin daha da iqtisadi inkaşını və eləcədə düzgün iqtisadi siyasətin aparılmasını nə dərəcədə yüksək olacağını göstərəcək. Bu əməkdaşlığın digər sahələrin də inkişafına öz töhfəsini verəcəyinə heş şübhə etmirəm”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə