"Maliyyə və əmlak amnistiyasının sürətləndirilməsi çox vacibdir” Əli Məsimli

“Dünya yeni bir böhrana doğru gedir. Maliyyə və əmlak amnistiyası ilə bağlı görülən işlərin sürətləndirilməsi çox vacibdir”. məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Əli Məsimli deyib.

O bildirib ki, bu istiqamətdə sovet dövründə məlumatların az daxil olmasının səbəbləri aydınlaşdırılmalı və aradan qaldırılmalıdır: “Kim işdən çıxarılırsa, çoxlu pullar, milyonlar çıxır. Büdcəyə əlavə vəsaitlərin daxil olmasının yolu tapılmalıdır”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə