Maliyyə vəziyyətində problemi olan qurumların ADI

"Ötən il bir sıra dövlət müəssisələri tərəfindən göstərilən xidmətlərin subsidiyalaşması həyata keçirilib". SİA-nın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

O bildirib ki, "Bakı Metropoliteni" QSC, "Azəristiliktəchizat" ASC, "Azərbaycan Hava Yolları" QSC (AZAL), Nəqliyyat Rabiyə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən "Azərpoçt" MMC-yə maliyyə vəsaiti ayrılıb: "Bu qurumlara ilin sonunda da biz maliyyə yardımı etmişik. Bu qurumların maliyyə vəziyyəti ürəkaçan deyil".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...