Azərbaycanda Qonaqpərvərlik sektorunun COVID-19-dan sonra bərpası müzakirə edilib

2020-ci ilin əvvəlindən dünyaya yayılan Covid-19 demək olar ki, iqtisadiyyatın bütün sahələrinə öz təsirini göstərib. Ən çox əziyyət çekən sahələrdən biri isə turizm və qonaqpərvərlik sahəsi oldu. Aydındır ki, virusdan sonra həm turizm, həm digər sahələr əvvəlki kimi fəaliyyət göstərə bilməyəcəklər və yeni şəraitə uyğunlaşmalı olacaqlar.

Azərbaycan iqtisadiyyatın möhüm hissəsini təşkil edən turizm sahəsinin bərpası bizim üçün prioritet vəzifələrdəndir.

Mayın 21-də Qonaqpərvərlik sahəsinin TOP-reytinqli və nüfuzlu Universitetlərdən olan Les Roches Global Hospitality Management Məktəbi və Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin ekspertləri COVİD-19-dan sonra Qonaqpərvərlik sektorunun bərpasını müzakirə ediblər.

Xüsusi olaraq Azərbaycan qonaqpərvərlik və turizm sektorunun mütəxəssisləri və bu sahədə karyera qurmaq istəyənlər üçün təşkil olunmuş eksklüziv vebinarda aşağıdakı məsələlər müzakirə olunmuşdur:

- Turizmin indiki vəziyyəti və gələcək perspektivləri

- Gəlirlərin idarə olunması

- Risklər və böhrandan çıxış

- Pandemiya dövrü və ondan sonra Dövlət Turizm Agentliyinin Turizm Təhsili və Təlim strategiyası

Vebinarda çıxış edən Les Roches Məktəbinin mütəxəssisləri Alvaro Hidalgo və Susana Garrido pandemiyanın turizm sektoruna olan negativ təsirinin bir müddət sonra keçəcəyini desələrdə, qeyd ediblər ki, bundan sonra həm otellər, həm digər xidmət sahələri, həm də ölkələr yeni formatda çalışmalı olacaqlar. Xarici mütəxəssislər Azərbaycan turizm sektorunun inkişafı ilə bağlı fikirlərini bölüşdülər və öz məsləhətlərini verdilər.

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Təhsil və təlim sektorunun müdiri Hüseyn Həsənov Azərbaycanda koronavirusla mübarizə üçün atılan addımlar haqqında və ölkəmizdə qonaqpərvərlik sahəsində təhsil imkanları haqqında ətraflı məlumat verdi.

Vebinar zamanı qeyd olundu ki, bir çox insan işini itirdiyinə görə, COVİD-19-dan sonra rəqabət daha da artacaq. Buna görə də yaranmış fasilədən özünüinkişaf üçün istifadə etmək, online proqramlara yazılmaq və təhsilinizi artırmaq məsləhətlidir.

Bununla bağlı Les Roches Məktəbinin icraçı direktoru Yulia Tokareva Məktəbdə təklif olunan proqramlar, tələbələr üçün yaradılan karyera imkanları haqqında danışdı.

Vebinarın tam videosunu linkə keçib izləyə bilərsiniz:

https://events.webinar.ru/event/4828526/4929978/fe88d52b82ae897e1ed1f7f82b9aae48

Bütün xəbərlər Facebook səhifəmizdə