TAP-ın Albaniya hissəsinin qazla doldurulması başlayıb

Trans-Adriatik boru kəmərinin (TAP) Yunanıstan-Albaniya sərhədindən Albaniyanın Bilişte şəhərindəki ölçü stansiyasınadək 4 kilometrlik sahəsinin qazla doldurulması başlayıb. SİA bu barədə TAP AG konsorsiumuna istinadən məlumat verir.

Qeyd olunur ki, bu boru kəmərinin sınaq prosesinin başlanğıc mərhələsidir: “Birinci sahənin istismara verilməsindən sonra qaz növbəti həftə və aylarda boru kəmərinin Albaniya hissəsindəki digər sahələrinə də daxil olacaq”.

Bütün xəbərlər Facebook səhifəmizdə