"Azərbaycan vətəndaşı dövlətinə güvənir" AÇIQLAMA - ÖZƏL

"Son illər iqtisadiyyatımızda baş verən müsbət dəyişikliklərlə paralel olaraq iqtisadiyyatın ağardılması, gəlirlərin şəffaflaşdırılması istiqamətində də əməli tədbirlər görülməkdədir. Belə ki, 2019-cu il üzrə dövlət büdcəsinə fiskal siyasətin həyata keçirən Vergi və Gömrük orqanları tərəfindən proqnozlaşdırılmış vəsaitdən büdcəyə 1.5 mlrd manat əlavə vəsaitin daxil olması təmin olunub”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Məzahir Əfəndiyev deyib.

O bildirib ki, cənab Prezidentin rəhbərliyi ilə bu ilin birinci rübünün müzakirəsində də makroiqtisadi sabitliyin qorunması, əhalinin məşğulluq vəziyyətinin yaxşılaşdırılması və qeyri-neft sektorunun şaxələndirilməsi əsas prioritet məsələlər kimi müzakirə olunub: “Təkcə Gömrük orqanları tərəfindən 2020-ci ilin birinci rübündə pronozlaşdırılmış 900 mln manatdan əlavə 90 mln manat dövlət büdcəsinə vəsait köçürülüb. Habelə qeyri-formal əmək müqavilələrinin qediyyata alınması sayında 105 min nəfər artım olub. Qeyri-neft sektoru üzrə dövlət büdcəsinə daxilolmalar 21.3% artaraq 1.4 mlrd manat təşkil edib. Beləliklə də koronavirus pandemiyası dövründə muzdla işləyən 1.7 mln yaxın vətəndaşımızın məşğulluğu təşkil edilmiş və risklərdən qorunub”.

Deputat söyləyib ki, Prezident İlham Əliyevin dəfələrlə sahibkarlara müraciət etməsi, qeyri-formal məşğulluğa son qoyulması, fəaliyyətlərinin ağardılması, maliyyə intizamına riayət olunması çağırışları iqtisadiyyatımızın dayanıqlılığının təmin olmasında mühüm rol oynayıb: “Lakin, çox təəssüf ki, hələ də sahibkarlıq subyektlərində əmək müqaviləsi bağlamadan fəaliyyət göstərən və bu işi davam etdirməkdə olan şirkətlər var. Onlara müraciət edərək bildirirəm ki, fəaliyyətlərini dövlətimizin qanunları çərçivəsində qəbul olunan qərarların əsasında təmin etsinlər və gələcəkdə insanlarımızın əlavə problemlərlə, risklərlə üz-üzə qalmamasında dövlətimizə kömək olsunlar”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə