"Pandemiya dünyada 60 milyon insanın yoxsulluğuna səbəb ola bilər” DÜNYA BANKI

“Yeni növ koronavirus pandemiyası dünyada təqribən 60 milyon insanın yoxsulluğuna səbəb ola bilər”. SİA-nın xəbərinə görə, bu barədə Dünya Bankının rəhbəri David Malpass qurumun “Twitter” səhifəsində qeyd edib.

O bildirib ki, bankın qiymətləndirmələri dərin iqtisadi geriləmənin olduğunu göstərir.

Dünya Bankının təxminən 100 dövlətə kredit vermək niyyətində olduğunu açıqlayan Malpass qeyd edib ki, bank gələn ilin ortalarına qədər ölkələr üçün 160 milyard dollar ayırmaq niyyətindədir.

Xatırladaq ki, mayın 18-də Beynəlxalq Valyuta Fondu (BVF) koronavirusla mübarizə üçün Özbəkistana 375 milyon dollar məbləğində kredit verdiyini elan etdi.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə