2019-cu ilin dövlət büdcəsində "İqtisadi fəaliyyətlə bağlı xərclər" bölməsində nəzərdə tutulmuş "İslahatlarla bağlı xərclər" hesabına əhaliyə qaz xidmətləri üzrə limitlərin artırılması və 2018-ci ildə idxal olunmuş qaza görə subsidiyanın verilməsi üçün SOCAR-a 63,9 milyon manat vəsait ayrılıb. SİA xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası barədə hesabatda deyilir.
Bildirilir ki, ötən il dövlət büdcəsindən iqtisadi fəaliyyətlə bağlı xərclərə büdcə xərclərinin 1,5 faizi həcmində (2018-ci illə müqayisədə 4,5 faiz-bənd az) və ya 372,6 milyon manat vəsait yönəldilib, bu da 2018-ci illə müqayisədə 984,7 milyon manat və ya 72,5 faiz azdır.
Bu bölmə üzrə xərclərin 2018-ci ilə nisbətən az icra edilməsinin əsas səbəbi 2019-cu il dövlət büdcəsi xərclərinin proqnozlaşdırılması zamanı həmin bölmə üzrə bəzi xərclərin strukturuna yenidən baxılması, o cümlədən SOCAR-ın nizamnamə kapitalının artırılması (Sumqayıt şəhəri və onun ətrafında yeni tikilmiş iri sənaye müəssisələrinin təbii qaza artan tələbatının təmin edilməsi, "Mozdok-Qazıməmməd" magistral qaz kəmərinin 287-ci kilometrindən Sumqayıt Qaztənzimləyici Məntəqəsinə kimi yeni əlaqələndirici magistral qaz kəmərinin çəkilməsi, regional yüksəktəzyiqli dairəvi qaz-nəql sisteminin yaradılması və regionların qazlaşdırılması məqsədilə) ilə bağlı xərclərin bu bölmədən çıxarılaraq "dövlət əsaslı vəsait qoyluşu (investisiya)" xərclərində proqnozlaşdırılması ilə bağlı olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB