"CISCO Azərbaycandakı yeniliklərlə dərindən maraqlanır" ÖZƏL - AÇIQLAMA
"CISCO şirkəti kifayət qədər nüfuzlu bir şirkətdir və bu şirkət Azərbaycana həm öz layihələrini təqdim edir, həm də Azərbaycandakı yeniliklərlə dərindən maraqlanır". Bu sözləri SİA-ya açıqlamasınd Milli Məclisin Müdafiə, təhlkəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü olan deputat Aydın Mirzəzadə CISCO şirkətinin Rusiya və MDB ölkələri üzrə vitse-prezidenti Conaton Spərrounun Azərbaycan Respublikası ilə şirkət arasındakı əməkdaşlığın davamlı olması ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.
Millət vəkili bildirib ki, CISCO şirkəti kifayət qədər nüfuzlu və yüksək texnologiyalar üzrə aparıcı taransmilli şirkətlərdən biridir və qısa zamanda öz sahəsində böyük yer tutub: "Bu şirkətin Azərbaycanla əməkdaşlığı, məhz, Prezident İlham Əliyevin təşəbbüsü ilə baş verib. Şirkət Azərbaycana həm öz layihələrini təqdim edir, həm də, eyni zamanda Azərbaycandakı yeniliklərlə də dərindən maraqlanır. Onun "Ağıllı Şəhər", "Ağıllı Ölkə", Ağıllı Kənd Təsərrüfatı" və "Ağıllı Məktəb" proqramları artıq Azərbaycanda demək olar ki, tətbiq edilir və onun bir neçə vitse-prezidentinin Azərbaycan Respublikasının Prezidenti ilə videokonfrans şəklində görüşü hesab edirəm ki, bu məsələlərə böyük marağın göstəricisidir. Pandemiya dövründə dərslərin onlayn şəkildə keçirilməsi Azərbaycanın smart proqramlar sahəsində böyük nəticələr əldə etdiyini göstərir. Prezident İlham Əliyev də vurğuladı ki, belə dərslərin keçirilməsi gələcəkdə artıq bu sistemlə təşkilin reallaşmasında Azərbaycanı öncül ölkələrdən birinə çevirəcək".
Aydın Mirzəzadə vurğulayıb ki, bu videogörüş Azərbaycanın artan nüfuzu və ölkədə qeyri-neft sektorunun inkişafı, həmçinin, Azərbaycanın bütün sahələrinin, eyni zamanda iqtisadiyyatımızın və iqtisadi münasibətlərimizin yüksək texnologiyalar üzərində qurulmasında çox ciddi nəticələr əldə etdiyini göstərir: "Hesab edirəm ki, hətta belə bir mürəkkəb dövrdə belə Azərbaycan öz nəticəsini ortaya qoya bilir. Belə görüşlərin bundan sonra tez-tez keçiriləcəyinə, tanınmış şirkətlərin Azərbaycana böyük maraq göstərəcəyinə və qeyri-neft sektoruna böyük investisiya yatırılacağını gözləyirik"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB