Bu ilin yanvar-aprel aylarında Azərbaycan 25 775,33 min ABŞ dolları dəyərində 13 683,97 ton alüminium və ondan hazırlanan məmulatları ixrac edib. SİA Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2020-ci ilin ilk dörd ayında Azərbaycanın ixrac etdiyi alüminium və ondan hazırlanan məmulatların dəyəri ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 18,5%, həcmi isə 11,2% azalıb.
Qeyd edək ki, ötən il Azərbaycan 128 049,07 min dollar dəyərində (14,1% artım) 64 674,21 ton (30,8% artım) alüminium və ondan hazırlanan məmulatları ixrac edib.
Müəllif: Nigar Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB