48 min kreditin restrukturizasiyası üçün müraciət edilib Elman Rüstəmov
“Mayın 7-nə qədər Azərbaycanda 549 milyon manat məbləğində 48 min kreditin restrukzasiyası üçün müraciət edilib”. SİA-nın məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında bildirib.
“Bunlardan yalnız 15 müraciətə müsbət cavab verilməyib. Ümumiyyətlə isə müraciətlərin 91%-i biznes, 9%-i istehlak, o cümlədən 5%-i ipoteka kreditlərinə aiddir. Artıq müraciətlərin 37%-i və yaxud təxminən 200 milyon manatlıq hissəsinə baxılıb”, - o qeyd edib.
Bank sədrinin sözlərinə görə, AMB-nin “Qaynar xətti”nə 15 fiziki şəxs müraciət edərək bankların güzəştlərlə bağlı tövsiyələrə əməl etmədiyini bildirib: “Biz hazırda bu müraciətləri ciddi araşdırırıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB