"Onlayn satışların gücləndirilə bilər və vasitəçilik edən şirkətlər istehsal edən müəssisələr üçün başqa ölkələrin məhsullarının alqı-satqısını həyata keçirərkən müəyyən problemlər yaranacaq. Ola bilsin ki, müəssisələr distributorların bir hissəsindən imtina etsin". Bu sözləri SİA-ya açıqlamasında İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin sədri, iqtisadçı-ekspert Ruslan Atakişiyev post-pandemiya dövründə iqtisadi münasibətlərdə hansı proseslərinin baş verə biləcəyindən danışarkən deyib.
Onun sözlərinə görə, iqtisadi proseslərdə müşahidə olunacaq əsas əlamətlər idxal-ixrac və mal satışı zamanı xidmətlərin göstərilməsi zamanı özünü göstərəcək: "Məsələ ondan ibarətdir ki, iqtisadi proseslər zamanı koronavirus pandemiyası ilə əlaqədar olaraq idxal-ixracda, əhəmiyyətli mal satışı, əmtəələrin satışı zamanı və ümumiyyətlə, xidmətlərin göstərilməsi zamanı virusla bağlı tələblərin artması məsələsi gündəmdə olacaq. Əgər istehsalçı tərəf məhsul ixrac edirsə və ya məhsul idxal edilirsə onların qablaşdırlması məsələsi, məhsulun göndərilməsi şəklində müəyyən tələblər artacaq.
Aviasiya xidmətləri göstərən şirkətlərin də qarşısında yeni tələblər duracaq, məsələm, təyyarələrdə oturacaqlarının birinin boş olması, sərnişinin yanının boş qalması, eyni zamanda sahibkar otel xidməti göstərirsə növbəti otağın boş olması məsələsi və s. kimi yeni tələblər yaranacaq. Həmçinin ikinci bir məsələ də ondan ibarətdir ki, onlayn satışların gücləndiriləcək".
İqtisadçı vurğulayıb ki, vasitəçilik edən şirkətlər də həmçinin istehsal edən müəssisələr üçün başqa ölkələrin məhsullarının alqı-satqısını həyata keçirərkən müəyyən problemlər yaranacaq: "Ola bilər ki, həmin müəssisələr distributorların bir hissəsindən imtina edib müştəri ilə birbaşa əlaqəyə girəcəklər. Digər bir məsələ isə şirkətlər arasında rəqabətin daha da kəskinləşməsidir. Birbaşa müştəri və istehsalçı arasında əlaqənin gücləndirilməsi nəticəsində xammalı ən ucuz istehlak edənlə, o cümlədən də bazar miqyası dar olanların xammalı və istehsal amilləri baha başa gələnlərin rəqabət prosesinə təsir edəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB