"2019-cu ildə Hesablama Palatası 21,3 milyon manat vəsaitin bərpasını təmin edib" Vüqar Gülməmmədov
"2019-cu ildə Hesablama Palatası 47 audit və 6 analitik fəaliyyət həyata keçirib". SİA-nın xəbərinə görə, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı bildirib.
O bildirib ki, həyata keçirilən auditlərdən 28-i uyğunluq, 7-si maliyyə, 8-i maliyyə və uyğunluq, 4-ü isə ölkədə ilk dəfə səmərəlilik auditi olub.
Onun sözlərinə görə, 2019-cu ildə Hesablama Palatası 21,3 milyon manat vəsaitin bərpasını təmin edib: "Həmin vəsaitin 19,6 milyon manatı dövlət büdcəsinə, 1,3 milyon manatı büdcədənkənar dövlət fondlarına, 335 min manatı isə dövlət qurumlarının hesablarına bərpa olunub".
V. Gülməmmədov deyib ki, ümumilikdə dövlət büdcəsinə hesabat ilində bərpa edilmiş cəmi vəsaitin 43%-i tikinti ilə bağlı xərclərin icrası prosesində yol verilmiş nöqsanlar üzrə olub. Bu istiqamətdə bərpa olunmuş cəmi vəsaitin 35,3%-i yerinə yetirilməyən işlərə görə, 20,5%-i iş həcminin artıq müəyyən edilməsi və 44,2%-i normativlərin düzgün tətbiq edilməməsi səbəbindən artıq ödənilmiş vəsaitləri əhatə edib.
O vurğulayıb ki, 2019-cu ildə Hesablama Palatası 5 nəzarət tədbiri üzrə müəyyən etdiyi qanun pozuntularına dair materialları prokurorluq orqanlarına təqdim edib: "Bunlar əsasən dövlət satınalmaları ilə bağlı qanunvericiliyin pozulması hallarıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB